İnnovasiyalar əsrində yeniliklərin təsiri zamanı uşaqların sosial-emosional xarakter inkişafında skautinq fəaliyyətinin təqdim etdiyi dərsdənkənar proqramın effektivliyinin tədqiqi

2025

Closed access Metadata (CSL-JSON)
DOI 10.36719/2789-6919/53/44-49
Data confidence 70 medium
How this score is calculated

It is built from checkable properties of the record itself: whether the article has a DOI, how many independent sources confirmed its data, whether the required fields are filled in, and how recent the latest confirmation is. Disagreement between sources and a missing identifier lower it. A value of 80 or above means the record was published without further checking; 60 to 79 means it is published at reduced confidence, with a manual check advisable. A record verified by an editor by hand is never pushed below 90 by a recalculation. This scores our data about the article, not the article itself.

Abstract

Müasir texnoloji innovasiyalar və sürətli inkişaf kontekstində uşaqların sosial-emosional inkişafında qarşılaşdıqları problemlər qeyri-formal təhsil modelini daha əhəmiyyətli edir. Bu tədqiqat skaut fəaliyyətlərinin uşaqların sosial-emosional davranış inkişafında rolunu və onun innovasiyalar dövründə dərsdənkənar fəaliyyət kimi mümkün performansını araşdırır. Skautinq təcrübəyə əsaslanan və dəyər yönümlü yanaşması səbəbindən uşaqlarda empatiya, əməkdaşlıq, məsuliyyət və liderlik inkişaf etdirən qeyri-formal təhsil modeli kimi tanınır. Bu tədqiqatın nəticələri, 2024-cü ilin iyun ayında Azərbaycan Skautlar Assosiasiyasının təhsil fəaliyyətlərində iştirak edən skaut liderləri və digər təhsil işçiləri ilə aparılan sorğudan əldə edilmişdir. Məlumatlar anket vasitəsilə toplanmış və təsviri-statistik metodologiya ilə təhlil edilmişdir. Məqalə, həmçinin, texnoloji innovasiyaların təlim və inkişafın bir hissəsi ola biləcəyini, skaut proqramlarının əsas prinsiplərinin isə yerində qaldığını araşdırır. Nəticələr göstərir ki, skautinq uşaqların sosialemosional rifahını inkişaf etdirməkdə təsirli bir dərsdənkənar təhsil vasitəsidir və skaut fəaliyyətləri yeni təhsil mühitlərində tətbiq oluna bilər.